Xızıda qardaş qardaşı GÜLLƏLƏDİ

Xızı rayonunda qətl hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Yarımca kənd sakini, 1972-ci il təvəllüdlü Şirxan Məhərrəmov qardaşı, 1966-cı il təvəllüdlü Səmədi gülləyərək qətlə yetirib.
Hadisənin qardaşlar arasında baş verən mübahisə zəminində baş verdiyi bildirilir.
Qətli törədən şəxs saxlanılıb.
Faktla bağlı Xızı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.