​Xızıda ana və oğul yol qəzasında öldü

 
Xızı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, Sitalçay qəsəbəsi ərazisində Zəka Nağıyev idarə etdiyi “Mersedes” markalı avtomobili yol ayırıcına vurub.
Nəticədə sürücü hadisə yerində, sərnişini - anası Elnarə isə xəstəxanaya aparılarkən yolda ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.