Xızıda ağır yol qəzası: ölənlər və yaralananlar var

Hadisə zamanı daha iki nəfər ağır xəsarət alıb
 
Bakı-Quba şosesinin Xızı rayonundan keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Mercedes" markalı avtomobil yol kənarındakı maneələrə çırpılıb.
Hadisə nəticəsində 2 nəfər ölüb. Ölənlərin hər ikisi Rusiya vətəndaşıdır. Qəza zamanı ölənlərdən biri 1990-cı il təvəllüdlü Nağıyev Zəki Nağı oğlu, digəri isə 1971-ci il təvəllüdlü Nağıyeva Elnarə Zaman qızıdır.
Bundan əlavə, hadisə zamanı daha iki nəfər də ağır xəsarət alıb. Yaralılar M.Ә.Mirqasımov adına Respublika Klinik Xәstәxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır./report