Xızı sakini qasıq nahiyəsindən bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Faktla bağlı araşdırma aparılır
Xızı rayon sakini qətlə yetirilib.
Muxalifət.az Report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Şuraabad qəsəbəsində baş verib.
Belə ki, qəsəbə sakini 41 yaşlı Səfər Zamanov qasıq nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya aparılan zaman dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.