Xırdalanı üfunət bürüdü - FOTO

Baxış sayı: 64

Xırdalanda kanalizasiya borularında yaranmış nasazlıq ucbatından Xırdalanda dözülməz vəziyyət yaranıb.
 
Şəhər sakinlərindən Bakupost.az-a daxil olan məlumata görə, bir neçə gündür Nizami küçəsində, "Aytac" şadlıq evinin yaxınlığında kanalizasiya borusu partlayıb, həmin küçəni və yaxınlıqdakı məhəllələri çirkab su basıb.
Kanalizasiya suları hətta Mehdi Hüseynzadə küçəsinə qədər gedib çatıb, oradan Bakı-Sumqayıt yoluna kimi böyük bir əraziyə yayılıb.
Sakinlər ərasidə antisanitariyanın baş alıb getdiyini və dəhşətli qoxudan nəfəs ala bilmədiklərini söyləyiblər.