Xırdalanda və Masazırda cinayət törədən “zek” tutuldu

Baxış sayı:
892

Xırdalan şəhərində cibgirlik edən şəxsin tutulması üçün əməliyyat keçirilib.
 
Muxalifet.az teleqraf-a istinadən xəbər verir ki, Xırdalan şəhəri ərazisində avtobusda Oğuz rayon sakini A.Azaxovanın içərisində 150 manatı və gümüş qolbağı olan pulqabısı oğurlanıb.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Cəfərov həbs edilib.
Polis əməkdaşları tərəfindən onun digər analoji əməllərinin də üstü açılıb.
Belə ki, onun ictimai nəqliyyatda Masazır qəsəbə sakinləri Z.Orucovanın və C.Bəndəliyevin çantalarından mobil telefon, Xırdalan şəhər sakini V.Həsənovun cibindən isə 170 manat və mobil telefon oğurladığı da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.