​Xırdalanda minik avtomobili yük maşını ilə toqquşub, ÖLƏN VAR

Xırdalanda minik avtomobili yük maşını ilə toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 17-də saat 23 radələrində Xırdalan şəhəri ərazisində şəhər sakini Vahid Hüseynovun idarə etdiyi “Mercedes” və Yevlax rayon sakini Teymur Xəlilovun idarə etdiyi “Shacman” markalı avtomobillər toqquşub.
Xəsarətlə xəstəxanaya yerləşdirilən V.Hüseynov oktyabrın 18-də orada ölüb.
 Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.