Xırdalanda bir qrup gənc arasında davada - 2 NƏFƏR ÖLDÜ, AĞIR YARALILAR VAR...

Baxış sayı:
4240

Ötən gecə Xırdalan şəhərində bir qrup gəncin iştirakı ilə baş vermiş davada bıçaqlar işə düşüb.

Yerli KİV-lər xəbər verir ki, bir qrup gənc arasında motivi hələlik məlum olmayan mübahisə bıçaqların da istifadə edildiyi davaya çevrilib.

Dava zamanı 6 nəfər – 1980-ci il təvəllüdlü Məmmədov Xəlil Zahid oğlu və qardaşı, 1975-ci il təvəllüdlü Məmmədov Məmməd Zahid oğlu, 1979-cu il təvəllüdlü Mövsümov Yaşar Mövsüm oğlu, 1987-ci il təvəllüdlü Həsən Cabbarov, 1992-ci il təvəllüdlü Quliyev Tural Firudin oğlu və dostu, 1992-ci il təvəllüdlü Həsənəliyev İqar Yaşar oğlu bıçaqlanıblar. Yaralılar təcili yardımın köməyi ilə xəstəxanalara çatdırılıblar.

Dava zamanı ağır xəsarət almış 2 nəfər – H.Cabbarov hadisə, M.Məmmədov isə xəstəxanada vəfat edib.

Yaralılar arasında vəziyyəti kritik olanlar var. Hüquq-mühafizə orqanlarının bu dəhşətli hadisə ilə bağlı gün ərzində ətraflı rəsmi məlumat yayacağı gözlənilir.