​Xırdalanda avtomobil kanalizasiya quyusuna düşdü - VİDEO

Baxış sayı:
9223

Xırdalan şəhərində kanalizasiya xətlərinin çəkilmə prosesi uzanır.
Muxalifet.az xəbər verir ki, bu isə yollarda tıxacların yaranmasına, qəzaların baş verməsinə səbəb olur. Şəhər sakinləri bildirir ki, xüsusilə yağışlı havalarda vəziyyət dözülməz hala gəlir, avtomobillərə ciddi ziyan dəyir. Bunun sübutu kimi redaksiyamıza göndərilən vodeo şəhərin Qalubiyyə küçəsində (Heydər Parkının yaxınlığı) çəkilib. Görünür ki,  avtomobil yolun ortasında qazılan çuxura düşüb.
Sakinlərin sözlərinə görə bu xəttin çəkilməsi aylardır davam edir. Aidiyyəti qurumlar vəziyyəti nəzərə almır.