Xırdalanda 23 bina təmir ediləcək - PREZİDENTDƏN SƏRƏNCAM

Prezident İlham Əliyev Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 
Muxalifət.az-ın məlumatına görə, sərəncama əsasən, Xırdalan şəhərində 23 çoxmənzilli binanın əsaslı təmiri işlərinə başlanılması üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Prezidentin ehtiyat fondundan Abşeron Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.