​Xırdalanda 11 otaqlı ev yandı - VİDEO

Abşeronun Xırdalan şəhərində də yanğın hadisəsi qeydə alınıb.
Muxalifət.az  ARB TV-yə istinadla xəbər verir ki, ümumi sahəsi 620 m2 olan mansard tipli üçmərtəbəli 11 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 55 m2 sahədə yararsız hala düşüb.
Tikilinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən alovdan mühafizə olunub.