XİN rəhbərləri “Yeni Tiflis”ə baş çəkdilər

 
GUAM-ın xarici işlər nazirləri Gürcüstan paytaxtında “Tbilisoba” bayramının qeyd edildiyi və mərkəzi David Aqmaşenebeli prospektində yerləşən “Yeni Tiflis”ə baş çəkiblər.
Muxalifet.az-ın məlumatına əsasən, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna xarici işlər nazirləri Elmar Məmmədyarov, Mixeil Canelidze, Andrey Qalbur və Pavlo Klimkin Tbilisi meri David Narmania ilə birgə “Yeni Tiflis”lə, “Tbilisoba” bayramı ilə əlaqədar təşkil olunmuş sərgilərlə tanış olublar və gürcü şərabını dadıblar.
E. Məmmədyarov Gürcüstan paytaxtında xoş əhval-ruhiyyə və atmosferin olduğunu bildirib, Gürcüstana səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb.