XİN İspaniyada yaranmış qalmaqalla bağlı susur...

Baxış sayı:
9355

Ötən həftə Azərbaycan ictimaiyyəti Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, professor və akademik Abel Məhərrəmovun gözlənilmədən işdən çıxarılmasının səbəblərilə bağlı mətbuatda dərc edilmiş versiyaları müzakirə etdi.

Bəzi KİV İspaniyaya qaçaqmalçılıq yolu ilə Azərbaycan şərabını aparan A.Məhərrəmovun qanunsuz maxinasiyasının üstünün açılması barədə hökumətyönlü saytın versiyasını nəşr edib. Hökumətyönlü telekanal isə bildirib ki, təyyarə iki ton yük, doqquz sərnişin və bir neçə ekipaj üzvünü eyni vaxtda qaldırmağa qadir olmayıb. KIV-ri yazır ki, A.Məhərrəmovun oğlu - Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov bu maxinasiyanın iştirakçısıdır.

Əgər Azərbaycan səfirinin qanunsuz fəaliyyəti versiyası müzakirə olunursa, ölkə XİN buna aydınlıq gətirməlidir. XİN rəsmi bəyanat verməyib, şayiələri də təkzib etməyib. Missiya.az saytı Anar Məhərrəmovla bağlı XİN-ə sorğu göndərib və mətbuat xidmətinin rəhbəri Abdullayevanın cavabını alıb: "Bu suala cavab verə bilmərəm".

Politoloq Elxan Şahinoğlu hesab edir ki, XİN-in bu cavabı nazirliyin rəhbəri Elmar Məmmədyarovun qeyri-peşəkarlığından xəbər verir. Çünki Abel Məhərrəmovun işdən çıxarılması səbəbsiz ola bilməz. Əgər KİV və ictimaiyyət rektorun işdən çıxarılması barədə prezident sərəncamını birbaşa İspaniyadakı səfir ilə əlaqələndirirsə, XİN açıqlama verməlidir. XİN-in nümayəndəsi isə heç olmasa "məlumata malik olmadığını" söyləsəydi, bu, "deyə bilmərəm"dən daha yaxşı səslənərdi, politoloq vurğulayıb.

Səfirlərin mənəviyyat məsələsinə görə nazir birbaşa məsuliyyət daşıyır, belə ki, əgər xarici ölkələrdəki səfirləri prezident təyin edirsə, onun namizədliyini xarici işlər naziri irəli sürür. XİN-də Anar Məhərrəmovun fəaliyyətinin araşdırılması üzrə komissiya yaradılmalıdır. Bəlkə komissiya yaradılıb, ancaq baş verənlərlə bağlı ictimaiyyətə məlumat verilmir, E.Şahinoğlu bildirib.

Deyilənlərə onu da əlavə edək ki, XİN həmçinin ictimai xadim Paşa Məmmədovun Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin fəaliyyəti haqda qalmaqallı ifşaedici məlumatları ilə bağlı rəsmi açıqlama verməyib.

http://teref.az/siyaset/103191-memmedyarovun-gormediyi-kiyev-sefir-azerbaycanlilarla-niye-vurusur.html

Azərbaycan XİN mətbuat xidmətindən vəd ediblər ki, Turan-a telefon edib İspaniya və Ukraynadakı səfirlərlə bağlı suallara cavab verəcəklər.

Turan IA