​XİN-dən Misirdəki teraktla bağlı BƏYANAT

Azərbaycan Xarici İşlər Nazirliyi Misirdəki terror aktını pisləyib.
Muxalifet.az xəbər verir ki, bu barədə XİN-in Tvitter səhifəsində yayılan bəyanatda bildirilib.
Bəyanatda qeyd edilir: "Misirin Sinay yarmadasında məsciddə baş verən terror aktını qətiyyətlə pisləyir,qurbanların ailələrinə və Misir xalqına başsağlığımızı bildiririk. Azərbaycan terrorizmdən əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini pisləyir", məlumatda deyilir.