​Xeyriyyəçinin yoxsul qızından Birinci vitse-prezidentə müraciət – “İndi ortalıqda qalmışam, heç kəsim yoxdur...” / VİDEO

Baxış sayı:
17080

Mingəçevir şəhəri, D.Əliyeva küçəsi ev 2 mənzil 50 sakini İsrəfilova Gülnar Əvəz qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır: “Mənim anam Əliyeva Zenfira Müzəffər qızı xeyriyyəçi olub. O, müharibə zamanı cəbhəyə pul yardımı edib, Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən əsgərlərə sovqatlar aparıb, kasıb ailələrə daima yardımlar edib. Çoxlu sayda şəhid ailələrini, yoxsul ailələri himayəsinə götürüb. Anam xeyriyyəçi Zenfira Əliyeva 1994-cü il tarixdə Banka küllü miqdarda pul qoyub ki, buna dair əmanət kitabları var. Anam 17 avqust 2019-cu il tarixdə xəstəlikdən dünyasını dəyişdi. İndi xeyriyyəçi Zenfira Əliyevanın qızı yoxsulluq içində, evsiz, imkansız vəziyyətdə yaşayır. Anamın xəstəliyinə görə, müalicəsi üçün borc götürmüşəm. İndi ortalıqda qalmışam, heç kəsim yoxdur. Yeganı doğmam anam idi, o da vəfat etdi. Subay qızam, evim yoxdur, kirayələrdə qalmışam. Mən mətbuat vasitəsi ilə Mehriban Əliyevaya müraciət edib, xahiş edirəm, mənə köməklik edin”. Muxalifet.az