Xədicə İsmayılova prokurorluqda ifadə verir

Baxış sayı: 88

Jurnalist Xədicə İsmayılova prokurorluğa dindirməyə çağırılıb. İyunun 19-da saat 15:00-da o, Ağır Cinayətlər İdarəsinin binasına daxil olub.
 
X.İsmayılova Turan-ın müxbirilə söhbətində bildirib ki, onu Əfqan Muxtarlının işi ilə bağlı dindirəcəklər.
"Ancaq mənim xaricə çıxışım yasaqlanıb. Mən Gürcüstanda olmamışam. Onlara bildirdim ki, uzun illərdir ki, Əfqanla əlaqəm yoxdur. Ancaq dedilər ki, mənə sualları var", - o bildirib.
Hüquq müdafiəçisi Oqtay Gülalıyev də iyunun 20-də prokurorluqda dindiriləcək.
"Mənə demədilər nə istəyirlər, ancaq güman edirəm ki, Əfqan Muxtarlının işilə bağlıdır", - o, Turan-a bildirib.
Xatırladaq ki, Müsavat Partiyasının aparat rəhbəri Gülağa Aslanlı da iyunun 20-də bu iş üzrə dindirməyə çağırılıb.
Çox güman ki, dindirmə bununla başa çatmayacaq.