Xədicə İsmayılova 500 min avro aldı...

Baxış sayı:
4819

Qalmaqallı jurnalist və frilanser-hüquq müdafiəçisi kimi hakimiyyətlə mübarizəyə cəlb edilmiş Xədicə İsmayılova Qərb təşkilatlarından 500 min avro qrant alıb.
Virtualaz.org bildirir ki, bu barədə beynəlxalq donor təşkilatlardan birinin ofisinə istinadən Avropa.info dünən məlumat yayıb.
Bu xəbərin ictimailəşməsindən sonra “feysbuk” sosial şəbəkəsində Azərbaycan liberal-demokratiyasının ögey anasının yeni şübhəli yarım milyonluq layihəsi ətrafında qızğın müzakirələr başlayıb.
Vaxtilə müxalifət lideri Əli Kərimlinin silahdaşı olmuş keçmiş məşhur siyasi dustaq Ruslan Bəşirlinin başçılıq etdiyi nəşrin məlumatına görə, həmin iri məbləğdə qrant Xədicə İsmayılovaya müxtəlif kanallarla, kiçik partiyalarla çatdırılıb. Çünki vergi orqanları ilə məhkəmə mübahisəsinə görə X.İsmayılovanın bank hesabları bağlıdır və nəticədə o, qrant pullarını birbaşa ala bilmir.
Sayta məlumat verən mənbə bildirib ki, qrantın verilməsində məqsəd milli, dini qruplar, seksual azlıqlar, gənclər, habelə tələbələr arasında sosioloji araşdırmalar aparmaqdır. Bu araşdırmanın nəticələrindən isə həmin sosial qruplar arasında təşkilatlanma işlərinin aparılması üçün istifadə edilməsi nəzərdə tutulub. Yəni qrant uzunmüddətli planda ölkədə müxtəlif sosial qruplar arasından və dini icmalardan narazıları aşkar edib səfərbər etmək məqsədinə hesablanıb.
Müxalif nəşrin məlumatına görə, Xədicə İsmayılova yarım milyon avroluq qrantın bölüşdürülməsini təkbaşına həyata keçirir. Yəni pulları özünə yaxın olan fəallara ötürür. Bu isə bəzi müxalifət liderləri arasında bərk qıcıq yaradıb.
Məlumata görə, onlar bu qədər böyük maliyyə tranşlarının əsas müxalifət partiyalarına deyil, siyasi mübahisəyə dolayısı ilə cəlb edilmiş fərdi şəxslərə ayrılmasından narazıdırlar və bununla bağlı Qərb ölkələrinin səfirliklərinə şikayət ediblər.