Xəbəri alan Putin bütün kəşfiyyat başçılarını topladı

Baxış sayı:
5842

Amerika Birləşmiş Ştatlarında Rusya adına casusluq etdiyi ittihamı ilə həbs olunan 29 yaşlı Mariya Butinanın xəbərini alan Rusiya lideri Putin, dərhal bütün kəşfiyyat başçılarını toplayıb.
 
Rusiya prezidenti Vladimir Putin, Mariya Butinanın ABŞ-da magistratura təhsilini bitirməsindən qısa müddət sonra Rusiya adına casusluq etdiyi ittihamı ilə həbs olunduğunu öyrənincə, bütün kəşfiyyat rəhbərlərini topladığını deyib.
 
Onun kim olduğunu soruşdum
 
Rusyanın İnsan Haqları Şurası üzvləri ilə bir araya gələn Putin, Butinanın Rusiya adına casusluq etdiyi iddiaları ilə həbs olunmasına dair açıqlama verib. Putin, "Qız ABŞ-da məhbusdur və 15 il həbs cəzası ilə üz-üzədir, amma nə üçün? Başına gələnləri öyrənəndə bütün kəşfiyyat başçılarımızdan onun kim olduğunu soruşdum. Bir deputat üçün çalışdığını bilirik. Federasiya Şurasındakı bir neçə nəfər istisna olmaqla, heç kim haqqında bir şey bilmir. Hamısı budur" deyib.


 
Casusluq iddiasıyla həbs olundu
 
Qeyd edək ki, Qısa müddət əvvəl ABŞ-da magistratura təhsilini bitirən 29 yaşlı Rusiya vətəndaşı Mariya Butina, Rusiya hökumətinin maraqlarını dəstəkləmək məqsədilə casusluq fəaliyyəti ilə məşğul olduğu iddiasıyla xarici casus qanunu (FARA) çərçivəsində həbs olunmuşdu. Amerika Birləşmiş Ştatlarında casusluq etməklə ittiham olunan Rus vətəndaşı Mariya Butinanın cinayətini qəbul etdiyi bildirilir. Amerikan mediası Butinanın prokurorlarla əməkdaşlıq etməyi qəbul etdiyini də bildirib.
Müxalifət.az