Xəbərdarlıq: “Türkiyəyə eyni vaxtlı hücumlar ola bilər” - TƏHLİL

Baxış sayı:
26962

Türkiyə və ABŞ münasibətlərində S-400 hava müdafiə sisteminin alınması və F-35-lərin təhvili məsələləri gərgin bir dövrdən keçərkən, ABŞ Konqresinə təqdim olunan bir layihəylə bunlara daha bir yenisi əlavə olunub. Amerikalı Demokrat senator Bob Menendez və Respublikaçı senator Marko Rubionun Konqresə təqdim etdiyi layihə ilə Şərqi Aralıq dənizində ABŞ-ın Yunanistan-İsrail-Yunan Kipri üçlüyünə dəstəyi gündəmə gəlib. Bu yöndə sualları cavablandıran Təhlükəsizlik və Strategiya eksperti Yusif Alabarda ABŞ-ın Şərqi Aralıq dənizi strategiyasını qiymətləndirib.
 
ŞƏRQİ ARALIQ DƏNİZİ VƏ SURİYADA EYNİ VAXTLI HÜCUM
 
 Yusif Alabarda Türkiyənin çox istiqamətli olaraq hədəfə alındığını vurğulayaraq "Bizi bir şəkildə başımızı qatmağa çalışmaqla məşğul olanların əsas hədəflərinin Şərqi Aralıq dənizilə yanaşı, başlayacaq bir sıxıntını eyni vaxtlı olaraq Suriyada Fəratın şərqində da açmağı düşündüklərini güman edirəm. Türkiyəni iki cəbhədə birdən sıxıntıya düçar edəcək bir siyasət güdürlər. Bu məqamda diqqətimizi dağıtmadan Fəratın şərqində fəaliyyətlərimizə davam edərkən, Şərq Aralıq dənizindəki fəaliyyətlərimizi də heç bir şəkildə güzəştə getmədən davam etdirməyimiz lazımdır" deyə söyləyib.
 
ABŞ-ın HƏRBİ AĞLININ HƏDƏFİ NƏDİR?
 
 İsrail, Yunanıstan və Yunan Kipri ilə Misir və Yunanıstan arasında Şərqi Aralıq dənizində keçirilən təlimləri necə qiymətləndirdiyi sualına, Alabarda "Tam bu məqamda S-400 böhranı baş verir. Çünki Türkiyə əgər S-400-ləri bu məqamda yerləşdirərsə, həm Suriyada, həm də Şərqi Aralıq dənizində özünün əleyhinə ola biləcək hava üstünlüyünü müvəffəqiyyətsizliyə uğradacaq. ABŞ-dakı hərbi ağıl bunu gördüyü üçün Türkiyəni müdafiə məsələsində qapıçısız bir futbol komandası kimi meydançada olmasını istəyir" şəklində cavab verib.
Türkiyənin hava müdafiəsi problemini həll etdikdən sonra regiona milli silah sistemlərini yerləşdirərək üstünlüyü ələ keçirəcəyini ifadə edən Alabarda, "O zaman Türkiyənin biləyinin bükülməsinin mümkün olmayacağının bunlar da fərqindədirlər" deyib.
 
BİR STRATEJİ QASIRĞA GƏLİR?
 
“Bir strateji qasırğa gəlir” sualına isə, Alabarda, "Şərqi Aralıq dənizi mənşəli bir strateji qasırğa gəlir. Cəmiyyətin buna hazır olması lazımdır. Çünki iki alternativimiz var. Ya hər şeydən əl çəkib, ABŞ-a boyun əyəcək bir siyasətlə idarə olunan bir Türkiyə olacağıq, ya da bizə hörülən divarları parça-parça edərək öz siyasətimizi inşa edən ölkə olacağıq" deyib.
Müxalifət.az