​Xarkovda avtomobil kütləyə çırpıldı: Ölənlər var

Ukraynanın Xarkov şəhərində minik avtomobili kütləyə çırpılıb.
Muxalifet.az-ın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 5 nəfər ölüb, 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Sumskaya küçəsində qeydə alınan hadisənin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.