Xarici işlər nazirinə yeni müavin təyin edildi - Rusiyada

Baxış sayı:
403

Rusiya Xarici İşlər nazirinə yeni müavin təyin olunub. 

Unikal.org TASS-a istinadən verdiyi xəbərə görə, Rusiya Prezidenti Vladimir Putinin müvafiq qərarı ilə Andrey Rudenko Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, A. Rudenko Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri 2-ci Departamentinin direktoru olub.

Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər nazirinin müavini - stats-katib Qriqori Karasin vəzifəsindən azad edilib. Rusiya Prezidentinin sərəncamı ilə onun vəzifəsinə Yevgeni İvanov təyin olunub.