Xarici donorlar Azərbaycan təşkilatlarına maliyyə yardımı edirmi?

 AXCP sədrinin müavini Gözəl Bayramlıya Gürcüstanda  xarici donorların maliyyə yardımı verməsi nə qədər inandırıcıdır?

Humanitar Tədqiqatlar İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Əvəz Həsənov qeyd etdi ki, hökumətin QHT-lərə qrant verilməsini faktiki qadağan edən qərarından sonra çoxsaylı donor təşkilatlar Azərbaycan QHT-lərinə qrant verilməsini dayandırıblar, yəni bu qrantın haradan alınmasından asılı olmayaraq: “2014-cü ildən sonra heç bir Azərbaycan QHT-si formal olaraq, heç bir donor təşkilatından qrant almır. Biz neçə il bu sahədə fəaliyyət göstərən bir təşkilat kimi, bu problemlərlə üzləmişik. Bu baxımdan, inanmıram ki, hansısa bir donor rəsmi olaraq bir QHT-yə qrant versin, onu da Gürcüstan və ya digər ölkələrin birində versin. Əgər QHT-yə qrant vermirsə, onu harada verməsinin dəxli yoxdur. Çünki o başa düşür ki, verdiyi qrant Azərbaycanda qeydiyyatdan keçməyəcək. Ola bilsin ki, bəzi xırda donorlar kimlərəsə qrant versinlər, qeyri-leqal qaydada. Bunun da məbləği Azərbaycanda hansısa bir prosesə təsir etmək gücündə olmaz. Ola bilər ki, Azərbaycandan mühacirətə gedib orada fəaliyyət göstərən təşkilatlar qrantlar ala bilsinlər. Onlar şansları burada daha çox olur. Məsələn, burada media və insan hüquqları ilə bağlı layihələr var ki, bunlardan bizim də xəbərimiz var. Onlar Azərbaycandan kənarda layihə ala bilirlər. Onlar ölkədə fəaliyyət göstərməsələr də, ölkədən kənarda fəaliyyətlərini davam etdirirlər. Məsələn, Meydan.TV bu cür layihə alan təşkilatdır, Emin Hüseynovun institutunu misal çəkmək olar. Donor xeyriyyə təşkilatı olsa da, ancaq qrant verə bilər. Bizim təsəvvür etdiyimiz yardım mümkünsüzdür. Bu qrant da hansısa fəaliyyət üçün mümkün ola bilər. Hansısa bir yardım etməyi, açığı, anlamıram. Bizim praktikada belə bir şey olmayıb. Tutaq ki, donor 10 min yardım ayırır; bunu ya qrant, ya da mükafat formasında verir. Keçirilən sorğu, məruzələrlə bağlı da qrantlar verilə bilər. Başqa qrant formasını görmürəm. Donor yalnız risk edib, öz büdcəsindən Azərbaycan QHT-sinə qrant verə bilər, bunu da hansısa proqram əsasında verə bilər, cibindən çıxarıb verə bilməz”.