XARİCDƏ YALVARIŞLA DƏSTƏK AXTARIŞI

Və yaxud bir istinadla müxbirlikdən həqiqi üzvlüyə hoppandırılan NƏHMƏDOV

AMEA-nın Fizika İnstitutunun “Dinamik sistemlərdə xaos” laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Elman Şahverdiyev AMEA-da baş verən neqativ proseslərlə bağlı “Hürriyyət”ə növbəti yazısını təqdim edib. Müəllif bu yazıda “saytların birində AMEA nizamnaməsinə zidd olaraq qeyri-qanunu akademik təyin olunmuş Ənvər Nəhmədovun” ona qarşı yalan, böhtan və iftiralarla dolu yazısının dərc edildiyini bildirir. Redaksiyamıza təqdim etdiyi yazı da bir növ Ə.Nəhmədova cavab xarakteri daşıyır. Odur ki, qarşı tərəfin - Ənvər Nəhmədovun da cavab haqqının olduğunu qeyd edərək, E.Şahverdiyevin məqaləsini dərc edirik:

II-ci hissə
 
Qarşıdurmanın mahiyyəti haqda

Gəlin məsələnin mahiyyətinə varaq. Mən AMEA-ya seçkilərlə bağlı yazılarımda AMEA-ya seçkilərin yox, təyinatların olduğunu vurğulamışam. Yalnız o adamlar seçilir ki, onların adları qabaqcadan tərtib olunmuş siyahıda olur. Mən hələ eşitməmişəm ki, indiyə qədər adı siyahıda olmayan kimsə seçilsin! Mətbuatda bu barədə saysız-hesabsız yazılar gedir. Hətta bir çox hallarda kimlərin seçiləcəyi qabaqcadan mətbuata sızdırılıb! Bəzən olub ki, hətta kiminsə adının  siyahıda olmasına baxmayaraq, ona verilən səslər sıfır olub. Məsələn belə bir hal 2001-ci ildə sıfır səslə akademik təyin olunmuş Firudin Həşimzadə ilə bağlı baş verib. Bunu AMEA-da hamı bilir!
Yaxın illərin seçkisindən danışsaq, deyilənlərə görə, 2014-də Nazım Məmmədova, adının siyahıda olmasına baxmayaraq cəmi 4 səs verilmışdi, amma onu müxbir üzv elan etmişdilər. Çünki o, Abdullazadələrin siyahısında idi. 2017-də də o, yenə də adının siyahıda olmasına baxmayaraq formal olaraq seçilmə baryerini aşmamışdır, amma bu dəfə isə onu  akademik (həqiqi üzv) təyin etmişlər.
Mən AMEA-ya seçkilərlə bağlı təyinedicilərin, ümumiləşmiş şəkildə, belə deyək, Abdullazadələrin fəaliyyətini tənqid etmışəm. Tənqidim mücərrəd olmasın deyə təyin olunmuşların adını çəkmışəm (onu da ki, müqayisə kontekstində), hərçənd ki, mənim bu insanlarla şəxsı ədavətim yoxdur. Götürək elə Nəhmədovu. Necə olur ki, elmə Thomson Reuters-də cəmi 106 istinad gətirən Nəhmədov bu gün AMEA-nın həqiqi üzvüdür, amma mən 2-ci dəfədir ki, heç müxbir üzv də ola bilmirəm?! Baxmayaraq ki, mənim istinadlarımın sayı 682-dir. Nəhmədovun və Məmmədovun həqiqi üzv təyin olunması AMEA Nizamnaməsinə ziddir, qanunsuzdur, çünki bu adamların “tanınmış elmi məktəb”ləri yoxdur! İndi bu adamların durub mənə qarşı yalan, iftira uydurmaları məgər onların qanunsuz akademikliyini qanuniləşdirəcək?! Bu yerdə deyirlər ki, məscidin qapısı açıq olsa da...
Nəhmədovun adı Thomson Reuters-də ümumilikdə 45 məqalədə keçir, mənimki isə 56 işdə! Onun Hirş indeksi 5-dir, mənimki isə 13! Bir məqaləyə olan orta istinadların sayı: Nəhmədov - 3; Şahverdiyev - 19-a yaxın!
Hörmətli oxucular! Bu faktlar hələ Thomson Reuters-in data bazasından götürülüb! Thomson Reuters-dən də conservativ olan SCOPUS data bazasında isə Nəhmədovun vəziyyəti daha acınacaqlıdır! Məsələn SCOPUS-da onun işlərinə cəmi 54 istinad var (Thomson Reuters-də isə qeyd etdiyim kimi -106).
Bu təkzib olunması mümkün olmayan faktların qarşısında Nəhmədov abırına bükülüb susmaq əvəzinə hələ cavab qaytarır da! Deyir ki, mənim istinadlarımın əksəriyyəti xarıcdə işləməyimə görə yığılıb! Konkret olaraq Prof. Shore-un İnstitutunu göstərir. Mən Nəhmədovdan soruşuram ki, mən o laboratoriyada cəmi 3 il yarım olmuşam. Ümumilikdə Yaponiyada, Türkiyədə, İtaliyada, Portuqaliyada olduğum ezamiyyət müddətlərini saysaq, cəmi 7 il(İki dəfə də Almaniyanın DAAD qarantına layıq görülmüşəm, amma səfər proqramlarım kəsişdiyindən, Almaniyaya gedə bilməmışəm).
Nəhmədov, sən xarıcdə məndən az qala 3 dəfədən çox müddət (22 il, özü də 15 il Almaniya kimi elm mərkəzində) olmusan, rus  və xarici həmmüəlliflərinin sayı da mənimkindən daha çoxdur, bəs sən niyə yığa bilməmisən o istinadları! Deməli xaricdə işləmək hələ istinad yığmağı təmin etmir. Sənin kimisinin prinsipal olaraq istinad gətirməyə gücü çatmır. Bunun üçün yeni ideyalara, metodlara, yanaşmlara əsaslan yeni, orijinal işlər görmək lazımdır! Sən isə bu cəhətdən qısırsan! Sən ancaq Abullazadələrə xidmət göstərəndə yeni  məişət ideyaları generasiya edə bilirsən! Sən həmmüəlifi olduğun 45 işin yarıdan çoxunda aparıcı müəllif deyilsən! Mən isə 56 işin 52-də aparıcı müəllifəm. Bu 56 işin, səhv etmirəmsə, 10-dan çoxunda tək müəllifəm.
Eyni sualı Nazim Məmmədova ünvanlayıram: sən xarıcdə 12 il olmusan (Yaponiya kimi elm ölkəsində), ondan qabaq isə SSRİ vaxtlarında Rusiyada müxtəlif şəhərlərdə uzun müddət olmusan, bəs sənin istinadların niyə mənimkindən azdır?! Niyə Hirş indeksin də mənimkindən aşağıdır?! Hələ bir məqaləyə olan orta istinadlarının sayının  mənimkindən dəfələrlə kiçik olmasından danışmıram! (bu hələ Thomson Reuters-də olan vəziyyətdir, Nəhmədov kimi sənin də SCOPUS-da vəziyyətin daha da acınacaqlıdır)
Sən ümumiyyətlə, bir neçə məqalən istisna olmaqla, heç bir məqaləndə aparıcı müəllif deyilsən. Sən vəzifə səlahiyyətlərindən sui-istifadə edib, daxildə hərədən bir məqalə qopardırsan, layıq olmadığın halda başına səpələnən milyonlarla qrantların hesabına Çulkovu və başqalarını ölkəyə dəvət edirsən, sonra da qırraşırsan ki, məni topoloji izolyator məqalələrinə həmmüəllif elə! Çoxları şübhələnir ki, sən ömründə bir məqaləni belə əvvəldən axıra qədər özün yazıb hazırlamamısan! Sənin bütün elmi həyatın saxtakarlıqla doludur, adın dəfələrlə plağıatda hallanıb, başqalarının işıni köçürüb milyonlarla qrantı mənimsəmisən! Hər iki ildən bir keçirilən bir konfransa 20-25 arası materialla gedirsən, sonrada qrantların hesabına hardasa çap etdirib deyirsın ki, mənim məqalələrim var! Tutduğun 5-6 vəzifənin fonunda sənin vaxtın hardadır ki, bir o qədər məqalə yaza biləsən. Direktorluq vəzifəsi menecerlikdir, AMEA-ya üzv olmaq üçün tramplin YOX! Ölkənin çətin günlərində Nəhmədov kimi aradan çıxanların biri də sənsən(1994)! Necə getmisən, onu da hamı yaxşı bilir! Axı sən tacirlik (ticarət işlərinə) sovet vaxtı cavabdeh olan, səhv etmirəmsə, bir nazirin övladısan! Getmişdın də Yaponiyaya, qalıb işləyərdin. Yəqin Nəhmədov kimi səni də oradan qovublar! Qəfildən gəlib özünüzü ortaya atırsınız ki, bizi təyin edin! Sübhələnirəm ki, sənin kimi xarakterə malik adamın da, ola bilsin ki, ikili, hətta üçlü vətəndaşlığı var! Sənin karyera üçün sovet vaxtı Fizika İnstitutunda hansı oyunlardan çıxdığını hələ də unutmayıblar! Etika xatirinə bəzi ilginc məqamları açıqlamaq istəmirəm!
Bir sözlə, ay Məmmədov, sən sadəcə başqalarının işini öz adına çıxırsan, başqa alimlərin haqqını yeyirsən! Faktiki olaraq sənin həmmüəllifı olduğun işlərin sənə AMEA-üzvlüyünə təyin olunmaq dərəcədə heç bir aiddiyyəti yoxdur! Onda gərək sənin həmmüəllif olduğun digər adamlar da səndən qabaq akademik olsun! Xarici həmmüəlliflərin isə-fəxri üzv və ya xarici üzv! O biri tərəfdən AMEA-ya qrup üzvlüyü yoxdur! Sən özün düşün ki, neçə işdə aparıcı müəllif olmusan və sənin mənəvi haqqın çatırdımı AMEA-ya ümumiyyətlə sənəd verməyə?! (Digər təfərdən biz nəyə təəcüblənirik ki, Azərbaycan dilində yaxşı danışa bilmədiyinə baxmayaraq, səni  İnstitutda “Terminologiya” komissiyasının sədri təyin ediblər!)
Hətta namizədlik dissertasiyanın müdafiəsi zamanı bir nəticədən iki iddiaçının istifadəsi yolverilməz sayılır! Amma AMEA-da belə şeylərə fikir verən kimdir axı?! Təyin edənlərin  səriştəsizliyinə, qeyri-kompetentliyinə baxın ki, bu seçklərdə təxminən eyni işlər üzrə eyni ixtisas üzrə başqa bir qardaş da  (az qala eyni yaşlı) AMEA-nın müxbir üzvü oldu!!! Ömür boyu eyni işlərlə məşğul bir ata-bala cütlüyündə nədənsə balanın AMEA üzvü təyin olunması bu dəfə baş tutmadı!(Mən əvvəllər söz verdiyim kimi bu məsələlər barədə ilginc faktları oxucularımla bölüşəcəyəm!) AMEA tarixində hələ belə bir biabırçılıq olmamışdı! Bu elmə, elmi ictimaiyyətə təhqirdir!
Bu faktlar AMEA-ya təyinolmaların nəticələrinin ləğv olunması üçün lazım olandan da artıq əsaslardır. Bu təyinedicilər düşünürlər ki, biz öz işimizi görək, yuxarıları fakt qarşısında qoyaq, narazılar da uzağı bir-iki aya sakitləşər! Mən öz adımdan deyirəm: belə olmayacaq!
Mən AMEA-nın yenidən təşkil olunması uğrunda mübarizə aparacağam! Elmə istinad gətirməyənlərin AMEA-ya doluşdurulması səbəbindən biz qonşu ən xirda dövlətlərdən belə beynəlxalq giymətləndırmə meyarlarına görə dəfələrlə geri qalırıq! Təsəvvür edin, ölkə Prezidenti çətin iqtisadı durumda  belə Thomson Reuters-in qapılarını elmi işçilərin üzünə açir, yəni deyir ki, gedin siz də bu meyarlarla işləyin, qiymətləndirmədə də beynəlxalq meyarları əsas götürün! Bu açılışdan heç altı ay keçməmış AMEA-nın builki aprel yığıncağında cəmi 6 istinadı olan bir təyin olunmuş akademik anti-Thomson cəbhəsin yaradılmasını faktiki olaraq elan edir! Özü də PA rəhbərliyinin gözü qarşısında! Hətta pafosla deyirmiş ki, biz Thomson Reuters-in qarşısında şərt qoymuşuq ki, bizə AMEA əməkdaşlarının istinadları barədə arayış versinlər. Durumun rəzilliyinə baxın! Akademikdir, amma açıq domendən istifadə edə bilmir! Yaxşı bəs nəyə görə Thomson Reuters-in ölkədəki nümayəndəsi Ayğün Babazadə aylarla AMEA-da və təhsil qurumlarında treyninqlər keçirir? Yəni oradan da bir şey öyrənə bilmədiniz!
Əziz oxucu, məsələnin mahiyyəti bir az başqadır. Bu, bir hiyləgərlikdir! Bunların az istinadları olmasına baxmayaraq istəyirlər ki, Thomson Reuters onlara arayış versin ki, məsələn ay filankəs akademik, sənin istinadların 6 yox, 666 dır. Xoşlarına gəlməylərin istinadlarını isə azaldıb yazsınlar. Sonra get sübut elə ki, sənın istinadların 77 yox, 777 dür. Sənə arayışı göstərcəklər ki, bax burda  Thomson Reuters yazır ki, sənin istinadların 77 dir, nə şər-böhtan atırsan!
Deyəcəksiniz ki, belə özbaşınalıq olar?! Bəs onda AMEA-da baş verənlər nədir?!
Məsələn satirik formada olsa belə, bir dialoqu təsəvvür edin.
Ak:
- Mənim istinadlarımı artırın da!
TR:
- Biz bunu necə edə biliərik ki?
Ak:
- Özünüzü bilməməzliyə vurmayın, məgər biz rəqəmsal (dijgital) və rəqəm-qaldır dünyasında yaşamırıq?!
TR bir az fikrə gedir:
- Yaxşı, nəyə görə?
Ak:
- Narahat olmayın, siz arayışı verin, biz (k,x, q, s, bb və s.) diplomatiyasının növlərini yaxşı bilirik!
TR:
- Yox, biz belə edə bilmərik! (dialoqun sonu)
Hormətli oxucu! Düşünməyin ki, bu bir fantaziyadır! Bu yaxınlarda mənim müəllifi olduğum bir sıra yüksək istinadlı məqalələr adımdan silinmişdi. Yalnız Thomson Reuters-in Mərkəzi ofisinə müraciətimdən sonra bərpa etdilər! Bu xüsusda başqa bir faktı da qeyd etmək istəyirəm!
2012-ci ilə Thomson Reuters şirkəti Azərbaycan fizikləri arasında məni  istinadlarıma görə “Fizikada mükəmməlliyə görə” diplomu ilə təltif etmişdi! Təsəvvür edin ki, bildiyimə görə bu bərədə nə AMEA-nın saytında, nə Fizika İnstitutunun saytında, nə illik hesabat kitabında bir sətir belə informasiya getmədi. Ölkədə is yalnız “Caspian news” qəzeti bu haqda mənim adımı çəkməklə bir məqalə yazmışdı! Məni hər vasitə ilə ölkənin elmi həyatından təcrid ediblər! Bu işdə xüsusi rolu 37 istinadla akademik təyin olunan Cavad Abdinov oynayır!  Özü də bu adam ictimaiyyətlə əlaqələr üzrə də cavabdehdir! İndinin özündə də mənim haqqımda AMEA saytında bir məlumat gedəndə (məs. bir xarici jurnal məni Editor təyin edən də və.s) haray-həşir salırlar ki, siz niyə bu yazını vermisiniz?. Lap yaxınların söhbətidir. Mənə e-mail gəlmişdi ki, mən 2017 ci il üçün Albert Nelson Marquis adına Ömürlük Nailiyyət mükafatına (ABŞ)(2017 Albert Nelson Marquis Lifetime Achievement Award) layıq görülmüşəm. E-mail-in həmin hissəsini yazıldığı kimi təqdim edirəm!
(Dear Elman Mohammed, We are pleased to announce that Marquis Who's Who has selected you for our official 2017 Albert Nelson Marquis Lifetime Achievement Award.  You have been selected to receive this prestigious award as a result of your hard work and dedication to your profession. Congratulations!)
Mən bu e-mail-i AMEA-ya göndərdim və saytda bu barədə məlumat getmişdi! Bundan sonra Fizika İnstitutunda bir haray-həşir saldılar ki, səsi hətta bildiyim qədər AMEA prezidentinə də gedib çıxmışdı! Bax, belə “akademik”dir  bu Cavad Abdinov! Bunlarda, Milli Emlər Akademiyasına üzv təyin olunmasına baxmayaraq, hələ də ümummilli şüur formalaşmayıb! Yalnız “özününkülər” üçün çalışırlar, dəridən-qabıqdan çıxırlar!

FİZİK-PSİXİATRLAR

(Ardı var)
Elman Şahverdieyev
Fizika-riyaziyyat elmləri doktoru,
“Dinamik sistemlərdə xaos” laboratoriyasının rəhbəri,
AMEA Fizika İnstitutu