​“Xaricdə çalışdığım dövrdə evim qanunsuz olaraq sökülüb, əmlakım talan edilib” – TANINMIŞ CƏRRAH PREZİDENTDƏN KÖMƏK İSTƏYİR

Baxış sayı:
13246

Tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya proktoloqlar cəmiyyətinin üzvü, Çexiya həkimlər birliyinin üzvü, Avropa endoskopik cərrahlar birliyinin üzvi, Ali dərəcəli cərrah Qafar Bədəlxan oglu İskəndərov tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Milli Məclisin sədrinə və bütün deputatlarına müraciət edən Qafar İskəndərovun müraciətini olduğu kimi dərc edirik:
“Hörmətli Milli Məclisin sədri və Milli Məclisin deputatları!
Xaricdə çalışdığım dövrdə - 16 may 2017-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli 25/27 ünvanında olan yeganə evim razılığım və icazəm olmadan “Regal MTK” şirkəti tərəfindən, birbaşa Nəsimi rayon icra başçısı Asif Əsgərovun razılığı ilə qanunsuz sökülmüş və əmlakım talan edilmişdir.
Sizə müraciət etməyimin əsas səbəblərindən biri Azərbaycan Respublikası hüquq mühafizə orqanlarının (polis, prokurorluq) fəaliyyətsizliyi və məhkəmə sisteminin heç bir qanun və dəlillərə istinad etmədən yanlış qərarlar cıxarması ilə əlaqədardır.
Təəssüflər olsun ki, bu orqan və sistemlərə nəzarət edən bir şəxs və ya qurumun olmasını mən görə bilmədim. Hazırda bununla əlaqədar Azərbaycanda hərc-mərclik baş alıb gedir, qolu zorlular vətəndaşların evini əlindən alır, hüquq mühafizə orqanları həmin qolu zorlular tərəfindən döyülsə, təhqir olunsa belə, cinəyətkar dəstələrin tərəfində olurlar. Mən dəfələrlə teleqramlar, məktublar, internetlə və eləcə də media vasitəsilə Möhtərəm Prezidentimizə, Vitse-Prezidentimizə müraciətlər ünvanlasam da, bu günə qədər (3 il) hələ ki, nə Prezident Aparatından, nə də hüquq mühafizə orqanlarından doğru-dürüst və qanunlarımız çərçivəsində cavab almamışam. Hüquq mühafizə organlarımızın məsuliyyətsizliyi Azərbaycanda tayfalar arasında münaqişəyə və nəticədə arzuolunmaz nəticələrə gətirib cıxara bilər. Çox təəssüflər olsun ki, Azərbaycan Respublikasının Prezidentinin fərmanlarının, Nazirlər Kabinetinin qərarlarının düzgün və vaxtında yerinə yetirilməsinə cavabdeh olan orqanlar (polis, prokurorluq, məhkəmə sistemi, yerli icra hakimiyyətləri) nəzarət etmir, hətta fərman və qərarların əksinə öz bildikləri kimi hərəkət edirlər.
Sizdən “Regal MTK” tikinti şirkətinin qanunsuz, cinəyətkar əməllərinə son qoyulması, AR Prezidentinin fərmanlarının, Nazirlər Kabinetinin gərarlarının düzgün, vaxtında yerinə yetirilməsi üçün hüquq mühafizə organlarına müraciət etməyinizi, mənim müraciətimin AR Prezidentinə, Birinci vitse-prezidentə çatdırılmasına və bu konfliktin AR hüdüdlarından kənara çıxmadan həll olunmasına köməklik etməyinizi xahiş edirəm”.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.