"XARİCƏ UÇUŞLAR TAMAMİLƏ DAYANDIRILIR" - Ərdoğan koronavirusla bağlı yeni tədbirlər paketini açıqladı

Baxış sayı:
339

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusla (COVID-19) bağlı bu gün yeni tədbirlər paketinin hazırlandığını bildirib.

Türkiyə Prezidenti açıqlamasında qeyd edib ki, dünyada pandemiya halını alan xəstəlik təhlükəsindən qorunmaq üçün xalq müəyyənləşdirilən qaydalara düzgün riayət etməlidir.

Tədbirlər bunlardır: "Şəhərlərarası səyahətlər bundan sonra valiliyin icazəsindən asılı olacaq. Dövlət və özəl sektorlarda işçilər minimum sayda olacaq, ictimai nəqliyyatda sərnişinlər seyrək şəkildə oturacaq, istirahət zonaları həftəsonu qapalı olacaq, həftəiçi isə insanlar toplu halında olmayacaq, hərbi xidmətdən gələnlər 14 gün karantində qalma şərtlərinə əməl edəcək, xaricə uçuşlar tamamilə dayandırılacaq, bütün şəhərlərə valilərin rəhbərliyi ilə pandemiya qaydalarına uyğun toplantılar olacaq və lazım gəldikdə əlavə tədbirlər də görüləcək".
Prezident deyib ki, bu tədbirlərin Türkiyənin 30 böyük şəhərində dəqiqliklə tətbiq olunması qərara alınıb./apa