​Xanım nazirin evinə oğru girdi

Almaniyanın Saarland əyalətinin baş nazirinin evi yarılıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, gözü dönən oğrular baş nazir Annengret Kramp Karrenbauerin evinə girib. Soyğunçular evi talan edib. Onlar evdəki pul və qızıl əşyalarını götürüblər.
Oğruların sənədləri alıb almadıqları barədə hələ ki məlumat yoxdur.
Prokurorluq tərəfindən araşdırmalara başlanılıb. İlkin araşdırmalara görə, evin mühafizəsi ilə bağlı problemlər mövcud olub.