Xanım millət vəkilinin iclasa 5 aylıq körpəsilə gəlməsi QALMAQAL YARATDI - FOTO

Baxış sayı:
13027

Qadın millət vəkili Züleyxa Həsən Milli Məclisin iclasında 5 aylıq körpəsi ilə birlikdə gəlib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, hadisə Keniyada baş verib. Milli Məclisin sədri Xristofer Omulele parlamentdə körpəyə qulluq etmək üçün uyğun yer olmadığını bildirib və deputatdan salonu tərk etməsini tələb edib. Lakin deputatın yoldaşları bu qərara sərt reaksiya göstərib. Züleyxa Həsən mühafizəçilər tərəfindən məcburi çölə çıxarılıb. Çox sayda millət vəkili Züleyxaya dəstək olmaq üçün salonu tərk edib. Milli Məclisin işinə müvəqqəti fasilə verilib.