Xanım məhbusdan İran həbsxanaları ilə bağlı DƏHŞƏTLİ ETİRAF: "Bakirəliyimi yoxlamaq üçün..." - FOTO

Baxış sayı:
1141

“Həbsdə ikən məni sorğu-suala tutan şəxs ilə dosyemə nəzarət edən məhkəmə nümayəndəsi məni bakirəlik testinə göndərmək istədi. Bütün təzyiqlərə baxmayaraq, buna çox sərt reaksiya verdim və müqavimət göstərdim. Ona görə də istədiklərinə nail ola bilmədilər”.
Bunu azərbaycanlı siyasi fəal Pərisa Rəfii siyasi fəallar, xüsusilə də qadınların İran həbsxanalarında saxlanıldığı acınacaqlı vəziyyətdən bəhs edərkən deyib.
Tehran Universitetinin tələbəsi məsələ ilə bağlı açıq məktub yazıb. Bildirib ki, siyasi fəalların təzyiqlərinə baxmayaraq, onları repressiyaya məruz qoyan qüvvələr təzyiqlərini azaltmayıb:
“Nəticəsinin çox ağır olacağını bildiyim halda, bu məktubu yazmağa qərar verdim. Necə ki, Beynəlxalq İşçi və Zəhmətkeşlər Günündə saxlanılanlardan Mərziyyə Əmirinin naməlum bir təcridxanaya köçürülməsinə şahid olduq və bu günə qədər kimsə onun hansı vəziyyətdə və harada saxlandığını bilmir. Mənə heç vaxt məlum olmayan bir təcridxananın təknəfərlik kamerasında 21 gün saxlandım. Siyasi məhbusların adsız təcridxanalarda saxlanması və ya intiqal edilməsi çox dəhşətlidir. Bu təcridxanalarda saxlanılan şəxslərin ailəsi onlardan xəbərsiz olur, özləri də dəhşətli psixoloji gərginlik keçirir. Onlarda elə bir təsəvvür yaradılır ki, artıq kimsənin onların harada saxlandığını bilməsi mümkün deyil. Bu, olduqca acınacaqlıdır.
Həbsdə ikən məni sorğu-suala tutan şəxs, dosyemə nəzarət edən məhkəmə nümayəndəsi ilə birlikdə məni bakirəlik testinə göndərmək istədi. Mən bütün təzyiqlərə baxmayaraq, buna çox sərt reaksiya verdim və müqavimət göstərdim. Ona görə də istədiklərinə nail ola bilmədilər. Bununla əlaqədar şikayət etmək də istədim, lakin imkan vermədilər. Mənim kəskin etirazımla rastlaşdıqdan sonra “istədik ki, bu haqda hansısa iddia olmasın” bəhanəsini gətirdilər. Ehtimal edirəm ki, bəhanə etdikləri iddia təcavüzə məruz qalmaqla bağlıdır. Halbuki, elə bir dəhşətli təcridxanada və gizli kameraların olduğu yerdə belə bir iddia irəli sürmək mənasızdır”, - siyasi fəal yazıb.
Pərisa Rəfii sözlərinin davamında həbsxanalarda yalnız siyasi məhbuslar deyil, digər cinayətlərə görə həbs edilib və ya saxlanılan məhkumların da daha ağır vəziyyətdə saxlandığını bildirib. O, məhbusların vəziyyətinin yaxşılaşdırılması üçün mübarizə aparacağını və bu istiqamətdə əlindən gələni edəcəyini vurğulayıb.
Qeyd edək ki, Pərisa Rəfii 7 illik həbs cəzasına və 74 şallaq cəzasına məhkum edilib. Buna səbəb onun universitet yataqxanası ilə bağlı aksiyada fəal iştirakıdır./Publika.az