XANIM İCRA BAŞÇISI KİŞİ HƏMKARI İLƏ “YARIŞIR” – İradə Gülməmmədova və Asif Əsgərov mətbuatın diqqətində!

İkinci yeri Lerikin icra başçısı Rövşən Bağırovla Sabirabadın başçısı Nazim İsmayılov bölüşür

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 1-ci yeri “İradə Gülməmmədovanın Abşeron krallığı: pediatr nədən və necə qazanır?”- “Azərbaycanda ən bərbad Heydər Əliyev prospekti Xırdalandadır” adlı 2 məqalənin 7 elektron KİV-də yayılmasıyla Abşeron  rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və

“Nəsiminin icra başçısı “MTN şəbəkəsi”nin məşhur adamına pilot layihə etibar edib” adlı məqalənin də eyni sayda elektron KİV-də yayımlanması ilə Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bölüşdürür.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 2-ci yeri isə “Lerikin iki kəndi Yardımlıya birləşmək istəyir - Prezidentə sensasion müraciət” adlı məqalənin 6 elektron KİV-də yayılmasıyla Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və

“Sabirabadda icra başçısının gözü önündə Dövlət Bayrağına sayğısızlıq”, “Sabirabadın başçısı fermerin torpağının yağmalanmasına göz yumur – Dosye” adlı 2 məqalənin də eyni sayda elektron KİV-də yayımlanması ilə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov bölüşdürür.

Nəhayət, həftə ərzində mətbuatda adı ən çox hallanan İcra hakimiyyətin başçıları arasında 3-ci yerdə “Xaləddin İsgəndərov “Heydər Əliyev parkı”nı hissə-hissə satır — UTANCVERİCİ MƏNZƏRƏ” başlıqlı məqalənin 5 saytda yayılması ilə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov olmuşdur.

Qeyd edək ki, həftəlik təhlil üçün əldə edilən 116 məlumat ümumilikdə 40 elektron KİV-də yayılmışdır. Onlardan 14-də bu məlumatlardan yalnız biri paylaşılmışdır. Həftə ərzində digər 26 saytın paylaşım statistikası aşağıdakı cədvəldəki kimidir:

Muxalifet.az