​Xanım aparıcıya silahlı HÜCUM: "O, xarici vətəndaşdır"

Bu gün günorta saatlarında naməlum şəxs “Exo Moskvı” radiosunun aparıcısı Tatyana Felgenhauerə bıçaqla xəsarət yetirib.
Boğaz nahiyəsindən yaralanan radio aparıcısı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.
Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin məlumatına görə, radioaparıcı Tatyana Felgenhauerə hücum edən şəxs əcnəbidir. Qeyri-rəsmi məlumatlara görə, onun adı Boris Gersdir və o, aparıcı ilə tanış idi.