Xamneyidən xəbərdarlıq: İrana qarşı informasiya savaşı açılıb

Baxış sayı:
6364

İran lideri Ayətullah Əli Xamneyi ABŞ və İsrail xüsusi xidmət orqanlarının bəzi Ərəb ölkələrinin maliyyə dəstəyi ilə ölkədə ümidsizlik mühiti yaratmaq üçün İrana qarşı "media savaşı" başladığını bildirib.
 
İran liderinin mətbuat ofisindən verilən məlumata görə, Xamneyi paytaxt Tehranda prezident Həsən Ruhaninin də aralarında olduğu Ekspertlər Məclisi üzvləri ilə bir araya gəlib.
Çıxışında ona verilən kəşfiyyat məlumatlarından bəhs edən Xamneyi, "Əlimizdəki kəşfiyyat məlumatına görə, ABŞ və sionist rejimin casusluq ünsürləri, bəzi zəngin Ərəb ölkələrinin maliyyə dəstəyilə İrana qarşı media müharibəsi başlamaq məqsədilə təşkilatlanmış vəziyyətdədir" deyib.
Xamneyi yaradılan təşkilatın ciddi işlər apardığını qeyd edərək, ABŞ və İsrailin bu sayədə xalq arasında ümidsizlik yaratmaq, xalqı bir-birləri və dövlətlə qarşı-qarşıya gətirmək və ölkədəki iqtisadi problemləri şişirdərək xalqın beynini qarışdırmaq istədiyini ifadə edib.
Ölkədəki iqtisadi problemlərə də toxunan Xamneyi, milli valyutada gedən dəyər itkisi və valyuta böhranının, media üzərindən aparılan müharibənin bir nəticəsi olduğuna diqqəti çəkib.
Xamneyi, bunları qeyd edib. "Pislik istəyənlərin media üzərindən davam etdirdikləri müharibə və təbliğat səyləri təsirli oldu. Diqqətli olmalıyıq. Xalqın beynini qarışdıracaq təbliğatlara töhfə verməyək".
Qeyd edək ki, hazırda azad bazarda dollar qarşısında 13800 tümən səviyyələrində əməliyyat görən milli pul vahidi tümən, aprel ayından bu yana təxminən 130 faiz dəyər itkisinə məruz qalıb.
Müxalifət.az