Xamneyidən sərt sözlər: Kürəyimizdən xəncərlədilər!

Baxış sayı:
4357

İranın dini lideri Ayətullah Əli Xamneyi ABŞ-ın sanksiyalarına qarşı İranla ticarəti davam etdirmək üçün Avropa tərəfindən qurulan xüsusi kommersiya mexanizmini 'acı bir zarafat' olaraq xarakterizə edərək Avropalıların nüvə razılaşmasından həqiqətən ayrıldığını söyləyib.
 
Xamneyi ölkədəki problemlərin bir qisminin Qərbə etibar edildiyindən qaynaqlandığını deyərək belə davam edib:
"Avropalıların nüvə anlaşmasındaki vəziyyəti göz önünə alındığında onlara etibar oluna bilməz. Avropalılar İranı keçmişdə olduğu kimi, kürəyindən xəncərlədi".
ABŞ-ın İrana qarşı iqtisadi müharibə başlatdığının artıq bütün İranlılar tərəfindən qəbul edildiyini dilə gətirən Xamneyi, "Düşmən bizə qarşı iqtisadi bir döyüşə girişdi. Bu döyüşdə düşməni məğlubiyyətə uğratmaq kifayət deyil, çəkindirici vəziyyət yaratmalıyıq" deyib.
 
Səudiyyə Ərəbistanını da hədəf aldı
 
Çıxışında Səudiyyə Ərəbistanını da hədəf alan Xamneyi, "Səudiyyə Ərəbistanı qədər korlanmış və despotik pis bir rejim görmədim. İndi də onlara nüvə silahı təmin edirlər, lakin problem deyil. Mən bundan narahat deyiləm, çünki yaxında oralar İslam mücahidlərinin əlinə keçəcək" deyib.
Xamneyi Avropa mediasının Yeni Zelandiyadakı iki məscidə yönəlik terror hücumu ilə bağlı "ikiüzlü" mövqeyinə də təpki göstərərək bunları söyləyib:
"Müsəlmanların Yeni Zelandiyada qətl edilməsi onlar üçün terror hücumu deyil. Onlar bunu silahlı hücum olaraq dəyərləndirdilər. Qərbin dəstəklədiyi birinə istiqamətli hərəkəti terror hücumu olaraq xarakterizə olunur, ancaq müsəlmanların Yeni Zelandiyada hücuma məruz qalmasına terror demirlər. Bunlar belədir".
Müxalifət.az