Xamneyidən Ruhaniyə sərt xəbərdarlıq: ABŞ-ın ŞƏRTLƏRİNİ...

İranın Ali dini lideri Ayətullah Xamneyi ölkə başçısı Həsən Ruhaniyə sərt xəbərdarlıq edib.
 
Xamneyi paytaxt Tehranda hökumət rəsmiləri və prezidentə xitabən çıxış edib. Onun sözlərinə görə, ABŞ müxtəlif beynəlxalq platformalarda İrana qarşı şərtlər irəli sürəcək:
“Gözləyirsiniz ki, Amerikanın Qüdsdəki ordumuzdan və komandanımız Qasım Süleymanidən xoşu gələcək? Beynəlxalq platformalarda “İnqilab gözətçiləri, könüllü polis dəstəsi olmasın” deyə şərtlər irəli sürəcəksə, bazarlığa getməyin. Bu şərt o deməkdir ki, gücünüzü meydanda saxlamayın. Biz isə bunun əksini etməliyik. Hakimiyyətin gücünü qorumalı və dəstəkləməliyik”.
Nüvə müzakirələrində İran tərəfinin güzəştlərə getdiyini və ABŞ-ın daha çox güzəşt tələb etdiyini deyən Xamneyi qeyd edib ki, ABŞ-a güvənmək olmaz.
Qeyd edək ki, İran mətbuatında Xarici İşlər naziri Cavad Zərifin Qərblə müzakirələrində Qüds ordusu komandiri Qasım Süleymani ilə bağlı bazarlıq apardığı iddiası irəli sürülüb, Zərif isə bu iddiaları təkzib edib.