Xamneyidən diqqət çəkən Ərdoğan açıqlaması!

Baxış sayı:
1921

Türkiyə, Rusiya və İran arasında Tehranda keçirilən üçlü zirvə danışıqlarına qatılan Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan daha sonra İran dini lideri Ayətullah Əli Xamneyi ilə bir araya gəlib. Görüşdən sonra Twitter üzərindən bir açıqlama edən Xamneyi, diqqət çəkən mesajlar verib.
 
ƏMƏKDAŞLIĞI DAHA ÇOX İNKİŞAF ETDİRMƏLİYİK
 
Twitter üzərindən verdiyi mesajlarda Xamneyi,  “İslamın dünyadakı ən mühüm ehtiyacı bu gün, yaxınlıq və böyüməkdür. Müsəlman ölkələr arasındakı əməkdaşlıq, bölgədəki problemləri həll etməyi asanlaşdırır; Bu səbəblə, təkəbbürlü qüvvələr, xüsusilə ABŞ, Müsəlman ölkələr arasındakı əməkdaşlıqdan, bir İslami gücün yaranmasından narahat olur. İran və Türkiyə bölgənin iki şərəfli və güclü ölkəsidir və İslam Dünyası üçün qarşılıqlı motivasiyaları var; Bu səbəblə, iki millətin siyasət və iqtisadiyyat arenasındakı əməkdaşlıq, əvvəlkindən daha çox genişlənməlidir" deyib.
 
ƏRDOĞANI TƏQDİR ETDİ
 
Cuımhurbaşkanı Ərdoğanın Twitter hesabını nişanlayaraq açıqlamalarına davam edən Xamneyi, "Myanma ilə bağlı fikirlərinizi təqdir edirəm. Fələstin davası hər zaman əhəmiyyətlidir və bir an belə laqeydlik edilməməlidir"  deyə, qeyd edib.
Müxalifət.az