Xamneyidən Azərbaycanlı anaya: “UŞAĞINIZA TÜRKCƏ ÖYRƏDİN”

 İran dini lideri Ayətullah Xamneyi Azərbaycanlı bir anaya uşağına “Türk Dili” öyrədilməsini deyib.
 
Müxalifət.az bildirir ki, bu barədə sosial mediada məlumat verilib.
Sosial mediada İran dini lideri Ayətullah Xameneyinin kiçik bir uşaqla söhbət etdiyi görüntülər əks olunub. Görüntülərdə uşağın Xamneyiyə üzərində bir şeylər yazılı olduğu bir kağız göstərdiyi görünür. Xamneyi isə uşağa fars dilində bir neçə sual verir. Sonra da azərbaycanca "Maşallah. Sən Türksən, ya Fars"? deyə, uşağa sual verir.
Araya girən ana uşağının Türk olduğunu, ancaq Türk dilində bilmədiyini qeyd edir. Azərbaycan mənşəli Ayətullah isə "Məktəbdə və küçədə fars dili öyrədilir. Siz də evdə Türkcə öyrədin, hər ikisini də bilsin" cavabını verir.
Müxalifət.az