Xamneyidən ABŞ-a sərt açıqlama: İran bir zərbə ilə Amerikanı məğlub edəcək

Baxış sayı:
1534

İranın dini lideri Ayətullah Əli Xamneyi, TV proqramında Amerikaya qarş çox sərt ifadələr işlədib.
 
 İranın dini lideri Ayətullah Əli Xamneyi, iştirak etdiyi TV proqramında "İran sanksiyaları dəf edərək Amerikanı bir zərbə ilə məğlub edəcək " deyib.
 
BMT-dən İranı sevindirən qərar çıxdı
 
Beynəlxalq Ədalət Məhkəməsi, ABŞ-ın İrana qarşı sanksiyalarından dərman, tibbi cihazlar kimi humanitar materiallar və mülki aviasiyaya yönəlik hissəsini təxirə salıb. Qətnamə Tehranı sevindirsə də, ABŞ rəhbərliyi isə qərara əsas verən müqaviləni ləğv edərək təpki göstərib.
 
Dostluq müqaviləsi ləğv edilib
 
Ard-arda gələn proseslərdən sonra ABŞ xarici işlər naziri Mayk Pompeo, İran ilə 1955-də imzalanan, "Dostluq, İqtisadi Münasibətlər və Konsulluq Hüququ" müqaviləsinin ləğv edildiyini bildirib.
 
Cavad Zərif: Amerika sanksiya bağımlısıdır
 
Tehran isə qərarı məmnuniyyətlə qarşılayıb. İran XİN rəhbəri Cavad Zərif məhkəmə qərarına münasibət bildirərək "Sanksiya bağımlısı ABŞ üçün yeni bir uğursuzluq, hüququn aliliyinin qələbəsidir" - deyə tweet atıb. İran dövlət televiziyaları da məhkəmə qərarını alqışlayıb. Ekranlarda "Ədalət Məhkəməsində İranın ABŞ-a qarşı qələbəsi" - deyə altyazılar keçib.
Müxalifət.az