Xamneyi sepahı qisasa çağırdığı bir vaxtda ABŞ 75-ci Ranger Alayını regiona gətirir

Baxış sayı:
3301

ABŞ-ın sui-qəsd komandası kimi tanınan “75-ci Ranger Alayı” İraqa göndəriləcək.
Bu barədə ABŞ ordusuna yaxın “Military.com” saytı informasiya yayıb.
Bildirilib ki, 3 min 632 nəfərlik alay Vircinia ştatından yola çıxacaq.
Qeyd edək ki, “75-ci Ranger” ABŞ-ın ən ali səviyyəli sui-qəsd komandası kimi tanınır.
1984-cü ildən bəri aktiv olan alay yüngül piyada xüsusi təyinatlı əməliyyat birliyi kimi fəaliyyət göstərir.
“75-ci Ranger”in tarixə düşən fəaliyyətləri
• 2001-2002-ci illər arasında Əfqanıstanda 1700-dən çox “Taliban” silahlısı öldürüldü.
• 2003-cü ildə MKİ ilə birgə hərbi əməliyyatda “Əl-Qaidə”nin o dövrdəki ən təhlükəli şəxsi olan Xalid Şeyx Məhəmmədi saxlayıb Quantanamoya apardılar.
• “Sünni üçbucağı” adlandırılan Ramadi, Mosul və Fellus ilə yanaşı, Tikritdə xüsusi əməliyyatların böyük hissəsini gerçəkləşdirdilər.
• 2008-ci ildə “Əl-Qaidə”nin ikinci şəxsi olan Əbu Xəlləfini İraqda öldürdülər.
• 2006-cı ildə Pakistanda təşkil etdikləri basqında aralarında “Əl-Qaidə”nin çeçen komandanı İmam Əsədin də olduğu 30 terrorçu öldürüldü.
• 1 may 2011-ci ildə “Əl-Qaidə” lideri Usamə Bin Ladeni öldürən iki birlikdən biri məhz bu alay oldu.
• 26 aprel 2017-ci ildə aralarında İŞİD-in Əfqanıstan və Pakistan əmiri Əbdül Həsibin də olduğu 35 terrorçunu öldürdülər.

Muxalifet.az