Xamneyi İranın nüvə müqviləsi ilə BAĞLI ŞƏRTLƏRİNİ AÇIQLADI

Baxış sayı:
6730

İran lideri Ayətullah Əli Xamneyi nüvə müqaviləsinin davamı üçün İranın şərtlərini açıqlayarkən, ABŞ və Trampı da sərt tənqid edib.
 
Tehrandakı iqamətgahında ölkənin hərbi və siyasi liderlərini qəbul edən Xamneyi, dövlət televiziyasında yayımlanan çıxışında, nüvə müqavilə məsələsinə və ABŞ rəhbərliyindən gələn İran əleyhinə açıqlamalara toxunub.
ABŞ-ın İrana qarşı dərin nifrət bəslədiyini, ancaq inqilabdan bu yana ABŞ-ın rejimə qarşı etdiyi bütün hücumların uğursuzluqla nəticələndiyini bildirən Xamneyi, dövlət rəsmilərinin vəzifələrini layiqincə yerinə yetirdiyi təqdirdə Vaşinqtonun indiki hücumlarının da uğursuzluğa məhkum olacağını bildirib.
 
TOM VƏ CERİNİN MƏŞHUR PİŞİYİ
 
ABŞ rəhbərliyinin nüvə müqaviləsindən ayrıldıqdan sonra İrana qarşı atdığı addımların rejim dəyişikliyini hədəf seçdiyinə yönəlmiş danışıqlara toxunan Xamneyi," Bu yeni bir şey deyil. İnqilabdan bu yana qurduğu bütün hiylələrin məqsədi rejimi devirməkdir, ancaq bütün bunlarda Tom və Ceri hekayəsinin məşhur pişiyi kimi uğursuz oldular" deyib.
 
ABŞ, HEÇ BİR ZAMAN SÖZÜNDƏ DURMADI
 
ABŞ-ın yalnız hazırkı prezidenti Donald Tramp dövründə deyil, əvvəlki dövrlərdə də heç vaxt öhdəliklərinə sadiq olmadığına diqqəti çəkən Xamneyi, “İran, beynəlxalq bir müqaviləni asanlıqla pozan bir hökumətlə qarşılıqlı münasibət qura bilməz” deyib.
Xamneyi, ABŞ prezidenti Trampın da əvvəlki ABŞ prezidentləri Corc Buş, Ronald Reyqan kimi sələfləri ilə eyni taleyi bölüşəcəyini və tarixdə qalacağını deyib.
 
İRANIN, NÜVƏ MÜQAVİLƏSİNİN DAVAMI ÜÇÜN ŞƏRTLƏRİ
 
İran lideri, müqaviləyə imza atan digər Avropa ölkələri İngiltərə, Fransa və Almaniyanı da "həssas məsələlərdə ABŞ-la birgə hərəkət etməkdə" ittiham edib.
Xamneyi nüvə müqaviləsinin davam etməsi üçün Avropa ölkələrinə İranın şərtlərini belə sadalayıb:
İranın Yaxın Şərqdəki fəaliyyətləri və ballistik raket proqramının sorğulanmaması, nüvə müqaviləsindən ayrılaraq 2231 saylı qərarı pozan ABŞ-a qarşı yeni qətnamə çıxarılması, ABŞ-ın İran əleyhinə yönəlmiş hər cür sanksiyalarına qarşı qoyulması, İranın neft ixracı və Avropa bankları ilə əlaqəsi mövzusunda zəmanət verilməsi.
Xamneyi, Avropanın bu şərtləri qəbul etmədiyi təqdirdə İranın nüvə fəaliyyətlərinə yenidən başlamaq hüququnu saxladığını sözlərinə əlavə edib.
Müxalifət.az