​Xameneyi: “BİZİ VURSANIZ, VURULACAQSINIZ”

Baxış sayı:
7483

Bizi vursanız, vurulacaqsınız.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bu fikirləri İran islam Respublikasının dini lideri Seyid Əli Xameneyi bildirib.
İranın ali dini lideri bu gün 1 May zəhmətkeşlər bayramı günü ilə bağlı Tehranda qatıldığı tədbirdə çıxış edib.
Bazar günü Suriyada bir həbi bazaya endirilən zərbəyə işarə edən Xameneyi ABŞ və müttəfiqlərinə xəbərdarlıq edib: “Bizi vursanız, vurulacaqsınız”.
On minlərlə insana xitab edən Xameneyi deyib ki, ABŞ regionda qarşıdurma yaratmaq məqsədilə Səudiyyə Ərəbistanını qızışdırır: “Niyə sionistləri qızışdırmırlar? Çünki müsəlmanın müsəlmana qarşı savaşmasını istəyirlər”.