Xameneidən Trampa nüvə mesajı - İLK DƏFƏ

Nüvə razılaşmasına imza atan ölkələrdən biri bu anlaşmadan çıxmayana qədər biz də çıxmayacağıq. 
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İranın Ali dini lideri Əli Xamenei ABŞ Prezidenti Donald Trampın İranla bağlı yeni strategiyası haqda ilk dəfə danışarkən deyib. 
“ABŞ beynəlxalq sionizmin agenti, İŞİD-in yaradıcısıdır. Tramp düşmən siyasəti yürütməklə İranın yüksəlişinin qarşısını ala bilməyəcək. Nə qədər ki, başqa bir ölkə bu razılaşmada qalıb, biz də qalacağıq”, - Xamenei bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni strategiyasını təqdim edib. O, yeni strategiyada İranı terrorizmi dəstəkləməkdə ittiham edib. Tramp həmçinin ölkəsinin nüvə razılaşmasından çıxa biləcəyini də söyləyib.