​Xameneidən Putinə ABŞ çağırışı: Birgə...

İran və Rusiya arasında əməkdaşlıq ABŞ-ın təcrid olunmasına kömək edəcək.
Muxalifət.az xəbər verir ki, bunu İranın Ali dini lideri ayətullah Əli Xamenei Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı söyləyib.
“Biz Amerika sanksiyalarına qarşı mübarizə aparıb, onu təsirsiz etmək imkanlarına sahibik. Buraya dollardan imtina edib, milli valyutalardan ikitərəfli və çoxtərəfli əməliyyatlarda istifadə aid edilə bilər. Sizin çox güclü şəxsiyyətiniz var. Ona görə də Rusiya ilə məntiqlə əməkdaşlıq etmək olar”, – deyə o bildirib./axar.az/