​Xamenei: Teraktı bu ölkələr törədib

Baxış sayı:
976

Əhvazda keçirilən hərbi paradda törədilən terror aktının arxasında ABŞ-ın rəhbərlik etdiyi dövlətlər dayanır.
Muxalifet.az xəbər verir ki, bu barədə İranın Ali lideri Əli Xamenei bildirib. O, həlak olanların ailələrinə başsağlığı verərək deyib ki, kəşfiyyat xidmətlərinə cinayətkarları taparaq məhkəməyə təhvil vermələri barədə tapşırıq verib.
“Əhvazda əziz vətəndaşlarımızın ölümü ilə nəticələnən acınacaqlı faciə bir daha İran xalqının düşmənlərinin mənfur niyyətlərini nümayiş etdirdi.
Bu cinayətlər ABŞ-ın regiondakı marionet dövlətlərinin sui-qəsdidir. Məqsədləri isə ölkəmizdə vəziyyəti gərginləşdirməkdir”, - Xamenei bildirib.
Qeyd edək ki, bu gün İranın cənubunda keçirilən hərbi paradda terakt baş verib. Hadisə nəticəsində 24 nəfər həlak olub, 53-ü yaralanıb.