Xamenei Ruhanini İran prezidenti postuna təsdiq etdi

İranın ali lideri Ayatolla Əli Xamenei Həsən Ruhanini İran prezidenti postuna rəsmi şəkildə təsdiq edib.
 
Prezident Həsən Ruhaninin inauqurasiyası avqustun 5-də parlamentin binasında baş tutacaq.
Qeyd edək ki, özünün seçkiöncəsi kampaniyasında 68 yaşlı Həsən Ruhani daha azad cəmiyyət formalaşdıracağını və ölkənin iqtisadi vəziyyətini yaxşılaşdıracağını vəd etmişdi./trend