"Xalqın Atası"nın evi

Baxış sayı:
4724

Deməyə sözüm var... Farhad Cabbarov / facebook Əziz FB dostlarım! Heç vaxt yazılarımı paylaşmağınızı xahiş etməmişəm, amma indi yazdıqlarımı, hamınızdan xahiş edirəm (ictimai vəziyyətindən və siyasi baxışlarından asılı olmayaraq), maksimum paylaşın və geniş ictimaiyyətə yayılmasına şərait yaradın. Jurnalistlərdən xüsusi dəstək göstərmələrini xahiş edirəm. Gördüyünüz fotoşəkillər Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı bağı və onun Neftçaladakı balıq müəssisəsinin binasıdır. Məmurların biganəliyi səbəbindən hər iki bina dağılır, tarixin yaşarkən "xalqın atası" adı almış şəxslə bağlı hissəsi silinir. Bu problemi dövlət başçısının və Birinci Ledinin diqqətinə çatdırmağa kömək edin. Onların Tağıyevin abidələrinə göstərdikləri hörmətə baxmayaraq, müvafiq orqanlar belə bir biganəlik nümayiş etdirir. P.S. Bunu şəxsi xahişim kimi qəbul edin və xahiş edirəm, bəyənib şərh yazmayın, sadəcə olaraq paylaşın.