"Xalqı özünə güldürür" - Puşkov Zelenskiyə lağ etdi

Baxış sayı:
2582

Rusiyalı senator Aleksey Puşkov Ukrayna Prezidenti Vladimir Zelenskinin fontanın üzərindən qaçaraq keçməsinə münasibət bildirib. Senator bu barədə Tvitter hesabında yazıb. “Fontanın arasından qaçır. Birbaşa və sevimlidir. Bütün Ukrayna bunu müzakirə edir. Ölkə başçısı heç nə bacarmayanda – hətta Donbasda atəşi dayandıra bilməyəndə ona yalnız vətəndaşları əyləndirmək, səhnədə rəqs etmək və fontanlardan qaçmaq qalır. Əyləncə və zarafat prezidenti!”, - Puşkov bildirib./axar