Xalqdan kütlə düzəltmək istəyənlərə... – JALƏ MÜTƏLLİMOVA YAZIR

Baxış sayı:
413

Bunu nə populizm, nə də məhşurlaşmaq üçün deyirəm. Birincini 45 illik həyatım boyu etmədim. Ikincini, etməyə ehtiyacım yox, həyat bu yolu zatən cızdi mənim üçün. Və gələk deyəcəklərimə...
 
Dəyərlilərim, indiki məqamda bizi təkcə özünüz görmürük. Bura, yəni sosial şəbəkə də bizim ata ocağımız deyil. Bura, adından da bəlli olduğu kimi, sosaial şəbəkədir. Yəni sizi, məni həm də düşmən görür, düşmən hesablayır. Bizim mənəvi-psixoloji durumumuza görə qərar verilir. Bu proqnozlarla bizə qarşı yeni-yeni hücum planları cizilir.
O üzdən, Ermənistan Müdafiə Nazirinin rəsmisinin statuslarına komment yazan, hər hansı formada işarət qoyan azərbaycanlılar ehtiyatlı olun.
 
Ictimai yükü olan əzizlır, i kili müharibə aparan Azərbaycanın vətəndaşını hara, nəyə, niyə, aparırsınız?
 
Iraq, Suriya, Liviya nümunələri var gözünüz önündə. Yetmədimi filankəs varlıdır niyə ölmür?!.
 
Ölmür ölməsin, getmir getməsin, savaşmır savaşmasın...Cəhənnəmə ki...
 
Dünən gecə küçələrə çıxan onlarla adamın heç birinin villası, biznesi, sərvəti yox idi, əminəm. Sıravi adamlar idi əksəriyyəri. Xalq idi, Xalq! Hər kəsdən incik, Xalq, vətəndaş! Indi icazə verin bir söz də deyim. Dövləti, vətəni təhlükədə olanda, Xalqı heç kim, heç nə maraqlandırmır. Yaxanızı çox da yırtmayın. Siz bu xalqdan kütlə düzəltməyə onsuz da müvəffəq olmayacaqsınız. Illərdir ideologiyasının yerinə süpürgə çəkməyə çalışsanız da bacarmayacaqsınız. Onu məhəllə-məhəllə, küçə-küçə parçalamaq istətənlərin əlinə boşuna işləməyin yəni...
 
Bu xalq yaxşı bilir, varlının vətəni varıdır. Onun hər yerdə yaşamaq imkanı, şansı lyuksu var. Varlının vətəni olmur.
 
Xalqın sərvəti isə dövlətdir. Və siz, yüz yerə işləyən, ideologiyasız, təəssübsüz zaatlar, dövlətlə, siyasi hakimiyyət sözünü eyni mənalı termin kimi millətə sırımayın. Siyasi hakimiyyətdə olanlardan inciklik olar, küskünlük olar, ədalətsizlik görər adamlar. Amma və lakin dövlət candır, ondan keçən hər şeyindən keçmişdir demək. Bu xalq başına min oyun gəlsə də ən son məqamda dövlətini canı, qanı, güclü, zəhmətkeş qolları ilə qurtarıb. Qoluna qüvvət AZƏRBAYCAN XALQI!..
 
Jalə MÜTƏLLİMOVA