Xalq Türk ordusunu Tel Rifatı AZAD ETMƏYƏ ÇAĞIRDI

Baxış sayı:
4453

Terror təşkilatı PYD/PKK-nın işğalı altında saxlanılan Tel Rifat üçün xalq ayağa qalxıb. Dinc əhali Tel Rifatın azad olunması üçün Türk ordusunun terrorçulara qarşı əməliyyat kəçirməsini istəyib və bununla bağlı TSQ-ya müraciət edib.
 
Qərbin və PKK-nın tərəfdaşlarının hər fürsətdə "mülki əhali ölür" yalanı bir daha ortaya çıxıb. Afrini heç bir mülki əhali zərər görmədən azad edən TSQ və ASO mənsublarına Tel Rifatdan da çağırış gəlib. Azez sərhədində toplaşan minlərlə mülki əhali TSQ-ya Tel Rifatın da azad olunması üçün müraciət edib.
 
BİZİ TƏK QOYMA
 
Əllərində Türkcə və Ərəbcə plakatlar tutan əhali PKK/PYD işğalı altında olan bölgədəki insanların azad edilməsi üçün TSQ-ya müraciət edib.
Əllərindəki plakatlarda prezident Rəcəb Tayyib Ərdoğana "Hörmətli Prezidentimiz! Bizi tək qoyma" kimi çağırış və "Türk əsgərinin Tel Rifatı qurtarmasını istəyirik" yazıları diqqətlərdən yayınmayıb.
 
TÜRK BAYRAĞI DALĞALANDI
 
Gecə saatlarına qədər sərhəd boyunda keçirilən aksiyada Türk bayraqları da dalğalandırılıb.
Müxalifət.az