Xalq mahnılarının ifaçısı olan tələbə Birinci vitse-prezidentə MÜRACİƏT ETDİ – “ İfa etdiyim xalq mahnısını sizə təqdim edirəm...”

Baxış sayı:
7567

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unverisetetinin Musiqi sənəti fakultəsinin tələbəsi Ucar  rayonu Bərgüşad kənd sakini Orucov Fərhad Sahib oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən müəllif yazır:
“Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unverisetetinin “Musiqi sənəti” fakultəsinin 4-cü kurs tələbəsiyəm. Təhsilimə məsuliyyət və diqqətlə yanaşıram. Allahın bəxş etdiyi səsim mənə imkan verir ki, xalq mahnılarını ifa edim.
Müəllimlərim görkəmli incəsənət ustalarıdır, Azərbaycan Respublikasının əməkdar və xalq artistləridir. Xalq mahnılarını ifa edirəm. İfa etdiyim xalq mahnısını bu müraciətimə əlavə edirəm. İnanıram ki, ifa etdiyim mahnıya qulaq asıb, dəyər verəcəksiniz.
Ailəmiz külfətdən ibarətdir. Təhsil haqqım bir il üçün 1800 manat təşkil edir. Həmçinin təhsilimlə əlaqədar Bakı şəhərində kirayə evdə qalmağım maddi çəhətdən ailəmizə korluq verir. Hazırda isə bu ilin təhsil haqqını ödəməyə maddi imkanımız yoxdur. Çox çətinlik çəkirik, çıxılmaz bir vəziyyətdə qalmışam. Ancaq buna baxmayaraq ümüdliyəm, ona görə ki, Azərbaycan Respublikasında İncəsənətə xüsusi diqqət, incəsənt adamlarına dəyər verən Mhriban Əliyeva kimi gözəl insan var. Mehriban xanımın köməkliyi, dəıstəyi və diqqəti sayəsində bu gün Azərbaycan Respublikasının mədəniyyəti inkişaf edir, incəsənət işçilərinə xüsusi qayğı göstərilir dəyər verilir, problemləri həll edilir.
Öz sənətimin vurğunuyam, istəyim odur ki, hörmətli Mehriban xanımın köməkliyi ilə təhsilimi başa vurub xalqıma, dövlətimə səsimlə, Istedadımla xidmət edim.
Hörmətli Mehriban xanım !
Ümüdim anacaq Sizədir. Sizdən çox-çox xahiş edirəm, təhsil haqqının ödənilməsi üçün mənə yaxından köməklik edəsiniz.
Allahdan Sizə uzun ömür, möhkəm can sağlığı və işlərinizdə daima uğurlar arzulayıram. İfa etdiyim xalq mahnısını sizə təqdim edirəm, xahiş edirəm, dinləyib qiymət verəsiniz.


Muxalifet.az