​Xalq artistlərinin məhkəməsi: MƏLEYKƏ ƏSƏDOVAYA PUL ÖDƏNİLƏCƏK...

Baxış sayı:
7540

Xalq artistləri Məleykə Əsədova və Ramiz Məlikin biri-birilərinə qarşı iddiaları üzrə məhkəmə qərarından verilən apelyasiya şikayəti üzrə roses keçirilib.
Muxalifət.az xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində Etibar Nəbiyevin sədrliyi ilə baş tutan prosesdə Məleykə Əsədova çıxış edib.
O bildirib ki, həmkarı onu mətbuat vasitəsi ilə təhqir edib: “Səkkiz aydır əsəb keçirirəm. Əgər Ramiz müəllim böyüklük göstərsəydi, gəlib mənim “şortik” geyinməyimlə bağlı sözü özümə deyərdi. Lakin o bu haqda sosial şəbəkədə söz yayıb”.
Xalq artisti qeyd edib ki, Ramiz Məlik onu mətbuatda alçaldıb, təhqir edib: “Ramiz Məlik hətta mənim ailəmi alçaldıb. Deyib ki, guya mənim anam pozğun olduğu üçün atam onu boşayıb. Mən ailəmon ölüsünə də, dirisinə də hörmət edirəm. Hətta onun ailəsinə də hörmət edirəm. Guya mən onun ailəsini hədələmişəm.
Haqqımda mətbuatda təhqiramiz fikir bildirəndən sonra teatrda onun nömrəsini verdilər. Zəng etdim, həyat yoldaşı götürdü. Ona dedim ki, Ramiz müəllim getsin öz ailəsi ilə məşğul olsun. Onları hədələməmişəm. Vəkili deyir ki, Ramiz Məlikin ailəsini təhqir etmişəm. Əgər belədirsə, səs yazısını ortaya çıxarsın”.
Daha sonra çıxış edən Ramiz Məlik bildirib ki, evdə olmayan zaman Məleykə Əsədova zəng edib, ailəsini təhqir edib: “Hətta söyləyib ki, qız nəvəmi də oğurlatdıracaq”.
Ramiz Məlik bildirib ki, daha əvvəl Məleykə Əsədovadan üzr istəyib: “Mənim onun haqda dediklərim yadımda deyil. Həmin zaman hirsli olmuşam Sonra mətbuatda üzr də istədim. Buna görə hətta məni qınadılar da. Məleykə Əsədova evə zəng edəndən sonra həyat yoldaşımın halı pisləşdi. Həmin zaman jurnalistlərdən biri zəng etdi. Nə dediyimi bilməmişəm”.
Daha sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər qərar elan edib.
Məhkəmənin qərarı Məleykə Əsədovnın apelyasiya şikayəti qismən təmin edilib. Qərara görə, Ramiz Məlik Məleykə Əsədov barədə dedikləri ilə bağlı təkzib verməli, 1000 manat cərimə ödəmlidir.
Qeyd edək ki, Məleykə Əsədova həmkarı Ramiz Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib.
O, Nəsimi Rayon Məhkəməsinə müraciət edib və Ramiz Məliklinin 200 min manat məbləğində təzminat ödəməsini tələb edib.
Ramiz Məlikin vəkili Türkel Süleymanlı da məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, Məleykə Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırıb.
Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, hər iki iddia təmin edilməyib.
Qərardan narazı qalan hər iki tərəf apelyasiya şikayəti verib.