​Xalq artistinin nəşi sabah Bakıya gətiriləcək

Sabah xalq artisti Rafiq Hüseynovun nəşi Azərbaycana gətiriləcək.
Muxalifət.az xəbər verir ki, bu barədə "qafqazinfo"ya məşhur teleaparıcının xanımı Səbinə Hüseynova məlumat verib.
O bildirib ki, diktorun cənazəsi Almaniya vaxtı ilə 17:00-da Bakıya göndəriləcək: "Rafiq Hüsyenovun nəşi Azərbaycana isə təxminən səhər saatlarında çatacaq. Dəqiq məlumatı sabah verə bilərik. İndi şərti olaraq deyə bilərəm ki, vida mərasimi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq".